featured-image-30260

Sabah “Yuventus”un maliyyə fırıldağlığı ilə bağlı beşinci məhkəmə prosesi keçiriləcək.

Msport.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının prokuroru Turin klubundan 9 xaldan 12 xala qədər silinməsini tələb edə bilər.

Məhkəmə ittiham tərəfinin tələblərini təmin edə, cəzanı azalda və ya yanvar ayında “qoca sinyora”dan çıxarılması qərar verilən 15 xalı təsdiq edə bilər.

“Yuventus”dan 12 xal silinsə, o zaman komanda A Seriyasının turnir cədvəlində 8-ci pilləyə düşəcək.

Məhkəmənin hökmü klubu qane etməsə, “Yuventus” növbəti dəfə apellyasiya şikayəti verə biləcək.

Qeyd edək ki, “byankoneri” A Seriyasında 35 turdan sonra 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Royal Türksoy

Bənzər xəbərlər