“Yuventus”un aparıcı futbolçusu zədəsini sağaltdı
Serbiya millisinin və İtaliyanın “Yuventus” klubunun aparıcı futbolçusu Duşan Vlahoviç zədəsini sağaldıb.
Msport.az xəbər verir ki, o, A Seriyasının XV turunda “Bolonya”ya qarşı keçiriləcək oyunda komandasına kömək edə bilər.
Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxan 24 yaşlı futbolçu “qoca sinyora”nın son üç oyununda meydana çıxa bilməyib.
Duşan Vlahoviç cari mövsüm Turin təmsilçisinin heyətində 16 oyunda 9 qol vurub.
Qeyd edək ki, “Yuventus” – “Bolonya” görüşü dekabrın 7-də baş tutacaq.