featured-image-26600

Maliyyə maxinasiyasında  günahlandırılan İtaliya “Yuventus”unun daha 25 xalı silinə bilər.

Msport.az xəbər verir ki, Turin təmsilçisi indi də şübhəli tərəfdaşlıq müqavilələri imzalamaqda ittiham olunur.

Bu məsələ ilə bağlı məhkəmə iclası 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində keçiriləcək. Klubun günahı sübuta yetirilsə, daha ciddi sanksiyalarla üzləşəcək.

Qeyd edək ki, daha əvvəl İtaliya Futbol Federasiyası “Yuventus”un 15 xalını silib.

Cahid

Bənzər xəbərlər