“Yuventus”un futbolçusu Braziliyaya qayıtdı
Müqavilə əsasında “Yuventus”a məxsus “Frozinone”nin hücumçusu Kayo Xorxe karyerasını Braziliyada davam etdirəcək.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu “Kruzeyro”ya keçib.
Forvardla beşillik müqavilə imzalanıb.
Qeyd edək ki, Kayo Xorxe 2021-ci ildə “Santos”dan Turin təmsilçisinə keçmişdi.