“Yuventus”un futbolçusu “İnter”ə keçə bilər
İtaliya millisinin futbolçusu Federiko Kyeza komandasını dəyişə bilər.
Msport.az xəbər verir ki, “Yuventus”la gələn ilədək müqaviləsi olan yarımmüdafiəçi “İnter”ə keçməyə qarşı deyil.
“Neradzurra” onunla şəxsi razılıq əldə edib. Lakin keçidin baş tutması üçün “İnter” qarşı tərəfə tələb olunan təzminat məbləğini ödəməlidir.
Bildirilir ki, “İnter” rəhbərliyi bu transferin müqabilində “Yuventus”a Davide Frattesini təklif edib.