featured-image-51632

İtaliyanın “Yuventus” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Msport.az “La Gazzetta dello Sport”ə istinadən xəbər verir ki, Turin təmsilçisi “Atalanta”nın futbolçusu Tyon Kopmeynerslə maraqlanır.

“Qoca sinyora” 26 yaşlı oyunçu üçün onun klubuna 45 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Tyon Kopmeyners 2021-ci ilin yayında “AZ Alkmar”dan “Atalanta”ya keçib. Niderland millisinin üzvü bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bənzər xəbərlər