“Yuventus”un Konseysaonu saxlaya bilmir
“Porto” “Yuventus”un Fransisko Konseysao üçün təklifini qəbul etməyib.
Msport.az xəbər verir ki, “qoca sinyora” cinah oyunçusunu 30 milyon avrodan aşağı məbləğə almaq istəyir.
Bu isə portuqaliyalıları qane etməyib. “Porto” onu daha yüksək məbləğə satmaq niyyətindədir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü icarə əsasında Turin klubunda çıxış edir. Onun müqaviləsinin müddəti iyulun 15-də başa çatacaq.