featured-image-49317

Polşa millisinin və İtaliyanın “Yuventus” klubunun qapıçısı Voytsex Şesnı karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə çox yaxındır.

Msport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Təcrübəli qolkiper Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”lə razılıq əldə edib. O, 19 milyon avroluq maaşa razı olub.

Qeyd edək ki, Voytsex Şesnı 2017-ci ildən Turun təmsilçisində çıxış edir.

Bənzər xəbərlər