“Yuventus”un sabiq futbolçusu Niderlanda yollandı
“Yuventus”un sabiq hücumçusu Marko Pyatsa karyerasını “Tvente”də davam etdirəcək. Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu Niderland klubuna azad agent kimi keçib.
Xorvatiyalı forvard 2 illik müqaviləyə imza atıb.
Pyatsa son olaraq Zaqreb “Dinamos”sunda çıxış edib. O, Xorvatiyanı klubundan bu yay uzaqlaşıb.
Təcrübəli futbolçu əvəllər “Yuventus”, “Fiorentina”, “Cenoa” və “Torino” kimi klublarda çıxış edib.