“Yuventus”un sabiq futbolçusu xərçəngdən öldü
“Yuventus”, “Qranada”, “Kadis” və “Rasinq”in sabiq yarımmüdafiəçisi Niko İdalqo 32 yaşında dünyasını dəyişib.
Msport.az xəbər verir ki, keçmiş futbolçu 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı.
İdalqo futbolçu karyerasını 2021/22 mövsümündə İspaniyanın “Extremadura” klubunda başa vurub.
O, 2014-2017-ci illərdə “Yuventus”un şərəfini qorusa da, həmin illəri “Kadis” və “Qranada B” komandasında keçirib. İdalqo Turin klubunun heyətində heç bir matçda iştirak etməyib. Peşəkar səviyyədə o, 234 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.