“Yuventus”un sabiq prezidenti 16 ay müddətinə futboldan uzaqlaşdırıldı
“Yuventus”un sabiq prezidenti Andrea Anyelli 16 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Msport.az xəbər verir ki, bu qərar Turin klubunun maliyyə fırıldaqçılığı işi üzrə dinləmələrdən sonra qəbul edilib. Menecer həmçinin 60 min avro cərimə də ödəməlidir.
Qeyd edək ki, Anyelli daha əvvəl eyni səbəbə görə 2 il müddətinə futboldan uzaqlaşdırılmışdı.
Royal Türksoy







