featured-image-63708

“Yuventus”un futbolçusu Duqlas Luis yayda komandadan ayrıla bilər.

Msport.az xəbər verir ki, braziliyalı ilə İngiltərədən bir neçə klub maraqlanır.

“Qoca sinyora” Duqlası satmağın əleyhinə deyil. A Seriyası nəhəngi 26 yaşlı orta xətt oyunçusu üçün 34 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, “Yuventus” Duqlas Luisi mövsümün əvvəlində “Aston Villa”dan transfer edib. O, Turin təmsilçisinin heyətində 22 oyun keçirib.

Bənzər xəbərlər