“Yuventus”un seriyası 17-yə çatdı
İtaliyanın “Yuventus” klubu məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırıb.
Msport.az xəbər verir ki, Turin təmsilçisi son olaraq A Seriyasının XVII turunda “Leççe”yə qalib gəlib.
“Qoca-sinyora” bunların 14-də qalib gəlib.
Qeyd edək ki, “Yuventus” A Seriyasının XXII turunda yanvarın 27-də “Empoli” ilə üz-üzə gələcək.