"Yuventus"un silinən xalları qaytarıldı - RƏSMİ
“Yuventus”un yanvar ayında silinən 15 xalı bərpa olunub.
Msport.az xəbər verir ki, maliyyə fırıldağçılığında ittiham olunan “qoca sinyora”nın cəzası dondurulub.
İtaliyanın Milli Olimpiya Komitəsinin qərarından sonra xallarını 59-a çatdıran “Yuventus” 7-ci pillədən 3-cü sıraya yüksəlib.
Qeyd edək ki, bu qərar müvəqqəti xarakter daşıyır. İtaliya Futbol Federasiyası “Yuventus”un günahkar olduğunu sübut edəcəyi təqdirdə, klubun xalları yenidən silinəcək.
Royal Türksoy







