“Yuventus”un XXI əsrdəki antirekordu
İtaliya A seriyasının 28-ci turunda “Atalanta”nı qəbul edən “Yuventus” darmadağınla üzləşib.
Msport.az xəbər verir ki, Turin klubu doğma azarkeşləri önündə 0:4 hesabı ilə məğlub olub.
Bununla “qoca sinyora” XXI əsrdə ilk dəfə öz meydanında 4 top fərqi ilə uduzub. Komanda sonuncu dəfə 58 il əvvəl belə uğursuzluq yaşayıb. 1967-ci ildə “Torino” Turin derbisində səfərdən 4:0 hesablı qalibiyyətlə dönüb.
Qeyd edək ki, 52 xalla dördüncü pillədə yer alan “Yuventus” lider “İnter”dən 9 xal geri qalır.