featured-image-54235

Braziliyalı futbolçu Artur Melo İtaliyanın “Yuventus” klubundan ayrıla bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi yarımmüdafiəçi ilə vidalaşmaq niyyətindədir.

“Qoca sinyora” digər klublardan təklif gözləyir. Melonun indi və ya qış transfer dönəmində satılacağı gözlənilir.

Qeyd edək ki, Artur Melo 2020-ci ildən “Yuventus”da çıxış edir.

Bənzər xəbərlər