featured-image-48175

“Yuventus” Tyaqo Mottanı baş məşqçi postuna dəvət edib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Turin klubu hazırda “Bolonya”nı çalışdıran mütəxəssisə 3 illik müqavilə təklif edib.

İtaliyalı məşqçi yaxın günlərdə “Bolonya” rəhbərliyinə istifasını təqdim edəcək.

36 oyundan sonra 67 xal toplayan “Bolonya” 3-cü yeri tutur və Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

41 yaşlı Motta “Bolonya”dan əvvəl “Cenoa” və “Spetsiya” klublarını çalışdırıb.

Bənzər xəbərlər