featured-image-47187

İtaliyanın “Yuventus” klubu heyətini yeni qapıçı ilə gücləndirir.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabında bildirib.

Turin təmsilçisi “Montsa”nın çərçivə qoruyucusu Mikele di Qreqorio ilə şəxsi razılıq əldə edib.

Di Qreqorio klubla 2029-cu ilə qədər müddətə nəzərdə tutulan müqavilə imzalamağa hazırdır. Onun maaşı illik 2 milyon avro və bonuslar olacaq.

Mikele di Qreqorio “İnter”in yetirməsidir. 2022-ci ildə “Montsa” qapıçını 4 milyon avrodan bir qədər çox ödəyərək “neradzurri”dən alıb.

Qolkiper cari mövsümdə A Seriyasında 30 oyunda meydana çıxaraq 30 qol buraxıb.

Bənzər xəbərlər