“Yuventus” Zanyoloya müştəri çıxdı
“Qalatasaray”ın futbolçusu Nikolo Zanyolo yenidən İtaliya A seriyasına qayıda bilər. Msport.az xəbər verir ki, “Yuventus” 23 yaşlı yarımmüdafiəçini öz heyətinə cəlb etmək istəyir. Gənc oyunçu özü də vətəninə qayıtmaqda maraqlıdır.
Bir müddət əvvəl “Milan”ın Zanyolonu transfer edə biləcəyi ilə bağlı xəbər yayılmışdı. Amma direktorlar Paolo Maldini ilə Frederik Massaranın istefasından sonra klub fikirini dəyişə bilər.
“Qalatasaray” Zanyoloya 35 milyon avro sərbəst qalma məbləği təyin edib.
İtaliya yığmasının üzvü İstanbul klubuna fevralda 16,5+13 milyon avroya transfer olunub.
ANAR ABDULLAYEV







