featured-image-22266

“Roma”nın heyətdən kənarda qoyduğu Nikolo Zanyolo “Qalatasaray”a keçməyə razılıq verib.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tvitterdə paylaşım edib.

Artıq İstanbul klubu yarımmüdafiəçi ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Hazırda “Roma” ilə “Qalatasaray” arasında transferlə bağlı danışıqlar gedir. İstanbul klubu 23 yaşlı oyunçunun keçidinə görə, 22 milyon avro ödəməyə hazırdı.

Xatırladaq ki, “canarlar” Zanyolonu qış transfer pəncərəsində “Bornmut”a transfer etmək istəsə də, futbolçu İngiltərə təmsilçisinə yollanmaqdan imtina etmişdi. Bundan sonra “Roma” İtaliya millisinin üzvünü əsas heyətdən uzaqlaşdırdı.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər