featured-image-21524

“Roma” klubun futbolçusu Nikolo Zanyolo qarşısında şərt qoyub. Msport.az xəbər verir ki, yarımmüdafiəçi bu yay “Milan”a keçmək istəsə də, paytaxt klubu “Bornmut”la razılığa gəlib. “Milan” İngiltərə klubunun təkliflərini təkrar etmək iqtidarında olmadığından məsələdən vaz keçib.

Zanyolo özü “Roma”da qalmaq istəsə də, futbolçu ilə klub arasında münasibətlər korlanıb.

“Roma”nın sahibləri Den və Rayan Fridkinlər şəxsən “Bornmut”la danışıqlarda iştirak ediblər və onlar futbolçuya qarşı sərt mövqe tutublar. Onlar Zanyolo qarşısında şərt qoyublar: o, ya “Bornmut”a transferə razılıq verməlidir, ya da “Roma”da qalaraq heyətdən uzaqlaşdırıla bilər. Hətta istisna olunmur ki, Zanyolo müqaviləsi başa çatanacan (2024-cü ilin iyunu) “Roma”da əsas heyətlə məşqlərə buraxılmasın.

“Bornmut” futbolçuya görə 30+5 milyon avro təklif edib, üstəlik növbəti satışdan “Roma” 10 faiz qazanacaq.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər