featured-image-22358

“Roma”nın yarımmüdafiəçisi Nikolo Zanyolo yaxın vaxtlarda klubun düşərgəsini tərk edəcək.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“Qalatasaray” 23 yaşlı futbolçunun keçidi ilə bağlı İtaliya klubu ilə danışıqları başa vurmaq üzrədir. Hazırda hər iki klubun rəhbərliyi transferlə bağlı son detalları müzakirə edir.

“Qalatasaray” Zanyolonun şəxsi müqaviləsu ilə bağlı məsələni 2 gün əvvəl həll edib. Sabah İtaliya millisinin üzvünün müqaviləyə qol çəkmək üçün İstanbula getməsi gözlənilir.

Zanyolo qış transfer dövründə “Bornmut” və ya “Milan”a keçə bilərdi. Ancaq hər iki klubla danışıqlar müxtəlif səbəblərdən alınmayıb.

Xatırladaq ki, Zanyolo “Bornmut”a getməkdən imtina etdiyinə görə, əsas heyətdən uzaqlaşdırılıb.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər