“Zenit”də argentinalı hücumçu
Rusiyanın “Zenit” klubu heyətinə yeni hücumçu cəlb edib. Msport.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Lusiano Qondu ilə müqavilə bağlayıb.
23 yaşlı futbolçu “Argentinos Xuniors” klubundan transfer edilib. Onun müqaviləsi 4+1 illikdir.
Forvard bu mövsüm Argentina komandasının heyətində 21 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” onu 10 milyon avro dəyərləndirir.