“Zenit”dən Fransaya
Rusiyalı futbolçu Daler Kuzyaev karyerasını Fransada davam etdirəcək. Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Havr” klubu ilə müqavilə bağlayıb.
“Havr” ötən mövsüm Liqa-2-də qalib gəlib və yeni çempionatdan Fransa elitasında mübarizə aparacaq.
Kuzyaevin son klubu “Zenit” olub. Buna qədər o, “Terek”də forma geyinib. Təcrübəli oyunçu Rusiya millisində 46 matçda 2 dəfə fərqlənib.
ANAR







