“Zenit”ə “yox” dedi
“Qalatasaray” və Türkiyə millisinin 24 yaşlı hücumçusu Barış Yılmaz Rusiyaya yollanmaqdan imtina edib.
Sportal.az “A spor”a istinadən xəbər verir ki, türkiyəli futbolçu “Zenit”in təklifini geri çevirib.
O, karyerasını Rusiya çempionatında davam etdirməkdə maraqlı deyil. Barış Yılmaz ötən mövsüm “Qalatasaray”ın heyətində 55 matça çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə edib.
Yılmaz AVRO-2024-də mübarizə aparır və milli komandasının Türkiyənin Avstriya ilə qarşılaşacağı 1/8 finala yüksəlməsinə kömək edib.