“Zenit” “Fənərbaxça”nın futbolçusunu icarəyə götürdü
“Zenit” “Fənərbaxça” və Serbiya millisinin üzvü Oqnen Mimoviçi icarəyə götürüb. Msport.az xəbər verir ki, müdafiəçi mövsümün sonuna kimi Sankt-Peterburq komandasında çıxış edəcək.
Mimoviç “Fənər”ə 2025-ci ilin yanvarında “Srvena Zvezda”dan 6,7 milyon avroya keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 19 oyunda bir qol vurub və 2 məhsuldar ötürmə verib.