featured-image-54284

Fransa yığmasının, “Yuventus” və “Real” klublarının sabiq futbolçusu Zinəddin Zidan karyerasının ən yaxşı qolunu açıqlayıb.

Msport.az xəbər verir ki, “Zizu” 2002-ci ildə Çempionlar Liqasının finalında “Real”ın heyətində “Bayer”ə vurduğu qolu digərlərindən fərqləndirib.

Dünya və Avropa çempionu həmin qolu karyerasının ən yaxşısı adlandırıb: “Bayer”ə vurduğum qol həm baxımlı, həm də vacib qol idi. Onadək Çempionlar Liqasının qalibi olmamışdım. Kuboku qazanmaq üçün bizə bu qol lazım idi. Şadam ki, həmin anda baxımlı qol vurmağı bacardım”.

Qeyd edək ki, həmin görüş “Real”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Bənzər xəbərlər