featured-image-27352

İtaliya millisinin sabiq futbolçusu Marko Materattsi DÇ-2006-nın final oyununda Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Zinəddin Zidanla arasındakı davanın təfərrüatını danışıb.

Msport.az xəbər verir ki, o, IFTV-nin yutub kanalına müsahibəsində rəqib oyunçunu söydüyünü etiraf edib:

“Mənə köynəyini təklif etdi. Dedim ki, yox, sənin bacını üstün tuturam. Açığı, bunu gözləmirdim, çılğınlıq idi”.

Qeyd edək ki, Materattsinin bu sözündən sonra Zidan başla rəqibin mədəsinə zərbə endirib. Nəticədə qırmızı vərəqə görən veteran futbolçu komandasını meydanda azlıqda qoymuşdu. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında daha dəqiq (5:3) oynayan İtaliya millisi dünya çempionu olmuşdu.

CAHİD

Bənzər xəbərlər