featured-image-16320

Zinəddin Zidan Qətərdə keçiriləcək dünya çempionatından sonra Fransa millisinin sükanı arxasına keçəcək.

Msport.az xəbər verir ki. bu iddia ilə “Libertad Digital” çıxış edib. İddiaya görə. Zizu artıq Fransa Futbol Federasiyası ilə razılığa gəlib ki, mundialdan sonra baş məşqçi postunda Didye Deşamı əvəzləyəcək.

Deşamın yığma ilə hazırkı müqaviləsi 2022-ci ilin dekabrına kimi nəzərdə tutulub. Zidan millinin dünya çempionatındakı nəticələrindən asılı olmayaraq, bu vəzifəyə gələcək.

Zidan 2021-ci ilin mayında “Real”dan getdikdən sonra PSJ və “Mançester Yunayted”dən təklif alsa da, o, Fransa seçməsini çalışdırmağı arzu edib.

Madrid təmsilçisində Zidanın köməkçisi olmuş David Bettoni yığmada da onunla birgə işləyəcək.

Bənzər xəbərlər