featured-image-25055

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan İngilis dilini öyrənməyə başlayıb. Msport.az xəbər verir ki, fransalı mütəxəssis gündə 4 saat İngilis dili ilə məşğul olur.

Əfsanəvi futbolçu Madrid klubundan ikinci gedişindən sonra hələ də işsizdir. KİV-nin yazdığına görə, Zizunun son vaxtlar adı “Çelsi” ilə yanaşı hallanır. London klubunun hazırkı baş məşqçisi Qrem Potterin işləri yaxşı getmir və komanda uğurlu nəticələr göstərə bilmir.

Zidanın adı həmçinin “Real”, “Yuventus” və PSJ ilə də birgə çəkilir.

O, yaxın vaxtlarda fəaliyyətini bərpa etməyə hazır olduğunu bəyan etmişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər