Zidan millinin baş məşqçisi olacaq
Fransa millisinin növbəti baş məşqçisi Zinəddin Zidan olacaq.
Msport.az xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yer alıb.
53 yaşlı mütəxəssis DÇ-2026-dan sonra vəzifəsini tərk edəcəyini açıqlayan Didye Deşamı əvəzləyəcək.
Zidanın artıq Fransa Futbol Federasiyası ilə danışıqları yekunlaşdırıb. Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi ilə “üçrənglilər” DÇ-2018 və UEFA Millətlər Liqasında 2020-21 mövsümünün qalibi olublar. Komanda AVRO-2016 və DÇ-2022-nin finalında uduzub.
Qeyd edək ki, Zidan məşqçilik karyerası ərzində – 2016-2018-cı və 2019-2021-ci illərdə “Real”da işləyib. Madrid klubu onun rəhbərliyi ilə iki dəfə İspaniya çempionu olub və ardıcıl üç dəfə Çempionlar Liqasını qazanıb.