featured-image-30536

Zinəddin Zidan “Əl Nəsr”in təklifinə “yox” deyib.  Msport.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Real”ın sabiq baş məşqçisinə iki illiyinə 150 milyon avroluq müqavilə təklif edib.

Lakin fransalı mütəxəssis bu ölkəyə getmək istəməyib.

2021-ci ilin yazında “Real”dan ayrılan məşqçinin adı PSJ, “Yuventus”, “Marsel”, Fransa yığması ilə yanaşı hallanıb.

ANAR

 

 

Bənzər xəbərlər