Zidanın oğlu 29 yaşında karyerasını başa vurdu
Zinəddin Zidanın oğlu Entso 29 yaşında futbolçu karyerasını başa vurub. Msport.az xəbər verir ki, “Real”ın sabiq baş məşqçisinin oğlu son olaraq İspaniya III liqasında çıxış edən “Fuenlabrada” klubunda oynayıb.
Onun futbolda xüsusi uğurları olmadığından karyerasını bitirməyi qərara alıb. Zidanın oğlu artıq investisiya layihələrinə başlayıb.