featured-image-41873

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan karyeasını “Betis”də davam etdirəcək.

Msportaz “RMC Sport”a istinadən xəbər verir ki, fransalı oyunçu dünən atasının müşayiəti ilə yeni klubu üçün tibbi müayinədən keçib.

18 yaşlı müdafiəçi ilə rəsmi müqavilə bu gün imzalanacaq. Elias karyerasına “Betis”də gənclər komandasında başlayacaq.

Qeyd edək ki, E.Zidan “Real”ın akademiyasının yetirməsidir.

Bənzər xəbərlər