featured-image-24759

David Bettoni İsveçrənin “Sion” klubunun baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Bettoni “Real”da Zinəddin Zidanın köməkçisi işləyib. O, artıq yeni komandasını ilk məşqə çıxarıb.

Bettoni 2014-cü ildən Madrid klubunda Zidana kömək edib. Əvvəl “Kastilya”da işləyən fransalı mütəxəssis sonra “Real”ın əsas komandasına cəlb olunub.

Bettoni ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. O, əvəllər daha çox baş məşqçilərin köməkçisi olub.

23 turdan sonra 23 xal toplayan “Sion” 10 komanda arasında 9-cu yeri tutur.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər