featured-image-42713

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin “Liverpul”da işləmək şansı var.

Mersisayd təmsilçisinin rəhbərliyi komandanı fransalı baş məşqçiyə tapşırmaqda maraqlıdır. Hətta onun nümayəndələri ilə də əlaqə saxlanılıb.

Qeyd edək ki, almaniyalı Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”da işləyib, komanda ilə iki dəfə La Liqanı, üç dəfə UEFA Çempionlar Liqasını qazanıb.

Bənzər xəbərlər