"Zirə"də şok itki
“Zirə” şok itki ilə üzləşib.
Msport.az xəbər verir ki, paytaxt klubunun hücumçusu Filipe Paxtman ciddi zədə alıb. Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.
O, Azərbaycan kubokunun 1/4 finalında “Səbail”lə keçirilən oyundan sonra (2:1) mətbuat konfrnasında bildirib ki, məşq zamanı braziliyalı forvardın çarpaz bağları qırılıb. Bu səbəbdən də Paxtman 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
“Zirə”nin digər hücumçusu Rüstəm Əhmədzadə də bir müddət komandasına kömək edə bilməyəcək. “Səbail”lə çempionat oyununda zədələnən R.Əhmədovun müalicəsi 2 ay çəkəcək.