featured-image-60441

Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Şamaxı” doğma meydanda “Zirə”ni qəbul edib. Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin yeganə qoluna 38-ci dəqiqədə Brahim Konate imza atıb. Baki təmsilçisinin heyətində isə 45+1-ci dəqiqədə Ruan Renato, 48-ci dəqiqədə Salifu Suma fərqləniblər.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Zirə” 3-cü, “Şamaxı” isə 17 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, XX turun digər oyunları yanvarın 25-26-da təşkil olunacaq.

Bənzər xəbərlər