“Zirə”nin rəqibi yeni futbolçu ilə gücləndi
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, Xorvatiya təmsilçisi Ron Raçi ilə müqavilə bağlayıb.
22 yaşlı mərkəz müdafiəçisi ilə anlaşmanın müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Raçinin son klubu Kosovo təmsilçisi “Priştina” olub.
“Zirə” ilə “Hayduk” arasında Bakıda ilk görüş 1:1 hesabı ilə başa çatıb. Cavab matçı iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.