“Zirə”nin rəqibində yeni təyinat
UEFA Konfrans Liqasında “Zirə”nin rəqibi “Hayduk”da yeni təyinat olub.
Msport.az xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu İvan Rakitiç klubun texniki direktoru vəzifəsinə keçib.
Xorvatiyalı 2025-ci ilin iyulunda “Hayduk”da futbolçu karyerasını bitirib.
Rakitiç karyerası ərzində “Əl Şaban”, “Sevilya”, “Barselona”, “Bazel” kimi klublarda çıxış edib. O, Xorvatiya millisində 106 oyunda 15 qol vurub.