“Zirə”nin rəqibindən növbəti transfer
“Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” (Moldova) növbəti transferini reallaşdırıb.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Gideon Uçe Qudladla anlaşıb.
19 yaşlı nigeriyalı yarımmüdafiəçi İsrailin “Makkabi” (Petah-Tıkva) klubundan transfer olunub.
Qeyd edək ki, Komandalar arasında Moldovada baş tutan ilk görüşdə “Zirə” 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması isə iyulun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.