featured-image-50758

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” heyətinə yeni futbolçu qatıb.

Msport.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Moldova klubu Nana Kvame Boakyeni transfer edib. 18 yaşlı müdafiəçi Qananın U-20 millisində 6 oyun keçirib.

Yeni transfer bu gün “Zirə”yə qarşı keçiriləcək görüşdə “Şerif”in heyətində debüt edə bilər.

Bənzər xəbərlər