“Zirə”nin sabiq futbolçusu Rusiya klubunda
2021-2023-cü illərdə “Zirə”də oynamış Nemanya Ancelkoviç karyerasını Rusiyada davam etdirəcək.
Msport.az xəbər verir ki, serbiyalı müdafiəçi “Ximki”yə keçib.
27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Nemanya Azərbaycanda qəsəbə təmsilçisinin heyətində 55 oyun keçirib, 1 qolla yadda qalıb.
Serbiyalının son klubu Rusiyanın 1-ci Liqa təmsilçisi “Akron” olub.