featured-image-27513

“Çelsi”nin futbolçusu Hakim Ziyeş klubunu dəyişəcək.

Msport.az xəbər verir ki, mərakeşli futbolçu Londonun digər təmsilçisi “Tottenhem”in transfer hədəflərindən biridi. “Zadəganlar” 30 yaşlı yarımmüdafiəçini 20 milyon avro qarşılığında satmağa hazırdı.

Qeyd edək ki, Ziyeş cari mövsüm ərzində 19 matçda iştirak edib və cəmi 1 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər