Ziyeş Ronaldonun klubuna keçə bilər
“Çelsi”nin futbolçusu Hakim Ziyeş klubunu dəyişə bilər.
Msport.az xəbər verir ki, mərakeşli futbolçuyla “Əl Nəsr” maraqlanır. Səudiyyə Ərəbistanı təmsilçisi Ziyeşi Kriştiano Ronaldoya assistent qismində görür. Həmçinin Səudiyyə Ərəbistanından digər klubların da Ziyeşlə maraqlandığı bildirilir.
Qeyd edək ki, Hakim son mövsüm “Çelsi”nin heyətində Premyer Liqada 18 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Royal Türksoy







