Zommer komanda yoldaşına bir maşın şokolad göndərdi
“Bayern Münhen”in qapıçısı Yan Zommer komanda yoldaşı Matteys de Lixt üçün bir maşın şokolad sifariş edib.
Msport.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə oyunundan (2:0) sonra isveçrəli qapıçı De Lixtə belə bir söz veribmiş.
Qeyd edək ki, niderlandlı müdafiəçi həmin matçda topu boş qapıdan çıxarmışdı.
İsveçrənin “Kagi” şirkəti Toqqenburq şəhərindən Münhenə şokolad yüklənmiş avtomobili yollayıb. Bu adi şokolad yox, üzəri südlə örtülmüş şokalad vafli olub. Yükün ümumi çəkisi 700 kq olub.
Ancaq De Lixtin binasına çatanda məlum olub ki, yükü təhvil vermək alınmayacaq. Buna rəsmi icazə verilməyib.
Şirkət şokoladı “Tafel” xeyriyyə cəmiyyətinə göndərib.
ANAR ABDULLAYEV