featured-image-33652

Fransanın “Loryan” klubu Benjamin Mendi ilə müqavilə bağladığını açıqlayıb.

Msport.az xəbər verir ki, azad agent olan futbolçu ilə 2 illik anlaşma əldə olunub.

İyulun 14-də 29 yaşlı oyunçunun üzərindən zorlama ilə bağlı bütün ittihamlar götürülüb.

İstintaq səbəbindən 2018-ci ilin dünya çempionu olan futbolçu 2 il idi ki, meydanlara çıxa bilmirdi.

“Mançester Siti”nin sabiq üzvü Çester məhkəməsi tərəfindən tam günahsız elan olunub.

Xatırladaq ki,  Mendi zorlama ilə bağlı 6 maddəyə görə ittiham olunsa da, 2023-cü ilin yanvarında bunda günahsız çıxıb.

Bənzər xəbərlər