Zubir yeni komandasında debüt etdi
Səudiyyə Ərəbistanın “Əl-Oroba” klubu Abdulla Zubirlə müqavilə imzalandığını rəsmən açıqlayıb.
Msport.az xəbər verir ki,“Qarabağ”ın sabiq futbolçusu 2026/2027 mövsümünün sonunadək bu komandada çıxış edəcək.
Qeyd edək ki, Fransa mediası dünən Zubirin “Əl-Oroba”ya keçidində problem yarandığını, maliyyə məsələlərinə görə onun transferinin federasiyanın təsdiqlənmədiyi barədə xəbər yaymışdı. Bu problem son anda həll edilib.
Zubir artıq yeni komandasında debüt etməyə də imkan tapıb.
34 yaşlı yarımmüdafiəçi “Al-Rabia”ya ilə görüşdə sonradan meydana daxil olub. Oyun 2:2 hesabı ilə başa çatıb.







