featured-image-475

“Qarabağ”ın futbolçusu Abdullah Zubirin qardaşı Tarek Zubir də Azərbaycanda çıxış edəcək.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu 1-ci divizionda çıxış edən “Zaqatala” klubuna keçib. Bu barədə məlumatı futbolçu özü İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, Tarek Zubir buna qədər futzalla məşğul olub. “Zaqatala” klubunun prezidenti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanovdur.

Bənzər xəbərlər