“Zvolle” kapitanından azarkeşlərə xoş sürpriz
Niderlandın “Zvolle” klubunun kapitanı Bram van Polen 37 yaşında müqaviləsini daha bir il artırıb. Msport.az xəbər verir ki, o gələn mövsüm 17 il olacaq ki, bu komandanın şərəfini qoruyur.
Niderland çempionatının səviyyəcə ikinci liqasında mübarizə aparan “Zvolle”nin üzvü azarkeşlər üçün sürpriz edib. Van Polen yeni müqaviləsinə maraqlı bənd saldırıb. Həmin bəndə əsasən, klubun abonementi olan hər kəs stadionda 1 bakal pivəyə qonaq olacaq.
“Zvolle”nin ev oyunlarına orta hesabla 13 min azarkeş gəlir. 14 min tamaşaçı tutumuna malik olan “Mak Park” stadionu demək olar ki, həmişə dolu olur.
Artıq azarkeşlərə xüsusi monetlər verilib, onu təhvil verib pivə almaq mümkün olacaq.
Qeyd edək ki, “Zvolle” bu il yüksək liqaya vəsiqə qazanmağa yaxındır. Komanda mövsümün başa çatmasına 6 tur qalmış ən yaxın izləyicisini 5 xal qabaqlayır və inalma liderlik edir.
ANAR







